Rusiya və Ukrayna arasında cəsəd mübadiləsi
Rusiya və Ukrayna əsgərlərin cəsədlərini 1-ə 50 nisbətində mübadilə edib.
Ajans.az lenta ru-ya istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladimir “Qovorit Moskva ” radiostansiyasının Telegram kanalında verdiyi məlumata görə, Rusiya Ukraynaya daha 1000 nəfər Ukrayna Silahlı Qüvvələri (USQ) əsgərinin cəsədini təhvil verib.
Əvəzində Kiyev Rusiya tərəfinə 19 nəfər rus əsgərinin cəsədini qaytarıb. Medinski bu barədə belə deyib: “Qoy onlar öz doğma torpaqlarında rahat uyusunlar.”
Əsgərlərin cəsədlərinin mübadiləsində böyük bir disproporsiyanın daha əvvəl də müşahidə edildiyi bildirilir. Belə ki, Rusiya Prezidenti Vladimir Putinin sözlərinə görə, daha əvvəl keçirilmiş bir mübadilə zamanı Ukraynaya 6000-dən çox USQ əsgərinin cəsədi təhvil verilib, Rusiya isə yalnız 57 cəsəd alıb. Beləliklə, nisbət 1-ə 100-dən də artıq olub.
Medinski daha əvvəl bəyan etmişdi ki, Moskva Kiyevə əlavə təxminən 3000 əsgər cəsədini təhvil verməyə hazırdır. “Onlar bizdə soyuducu konteynerlərdə saxlanılır, hərbçilərimiz onları təhvil verəcəklər ki, yaxınları onları dəfn edə, şəxsiyyətlərini tam müəyyənləşdirə və xristian adətinə uyğun torpağa tapşıra bilsinlər,” – deyə o bildirib.