Kerem Aktürkoğlu Beşiktaşda
Beşiktaş, sol cinah mövqeyini gücləndirmək üçün işlərini davam etdirir. Bu çərçivədə Benfikanın ulduz futbolçusu Kerem Aktürkoğlunun transferi üçün ciddi səylər göstərilir.
Ajans.az cnn turk-ə istinadən xəbər verir ki, Beşiktaş, A Milli komandada çıxış edən və hazırda Benfika klubunda oynayan futbolçu Kerem Aktürkoğlunu heyətinə qatmaq üçün hərəkətə keçib. Qara-ağlı klub bu transfer üçün Portuqaliya nəhənginə iki futbolçusunu əvəz (takas) olaraq təklif edib. Bütün diqqətlər artıq Benfikadan gələcək cavaba yönəlib.
Mövzular: