Ajans.az xəbər verir ki, danışıq əsnasında İsrailin Suriyaya endirdiyi zərbələr müzakirə edilib. 

Hakan Fidan danışıq zamanı İsrailin Suriyanın cənubunu və Dəməşqi hədəf alan hücumları narahatlıq doğurduğunu qeyd edib.

Hakan Fidan bildirib ki, qarşıdırmaya dərhal son qoyulmalıdır.

O vurğulayıb ki, Suriyada sülhün bərqərar olması üçün bütün səylər səfərbər edilməlidir.