Reklam resmi
Reklam resmi

Emin rus aparıcıları onlarla əvəzlədi

Emin rus aparıcıları onlarla əvəzlədi
Cəmiyyət

İyulun 23-26-da Bakıda keçiriləcək “Dream Fest” musiqi festivalının proqramında, o cümlədən aparıcıların tərkibində dəyişiklik edilib.

Ajans.az xəbər verir ki, bu barədə festivalın mətbuat xidmətindən RBK-ya bildirilib.

“Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 29 iyun tarixli rəsmi xəbərdarlığı ilə əlaqədar festivalın proqramına, o cümlədən aparıcıların tərkibinə dəyişiklik edilib”, - məlumatda deyilib.

Qeyd edək ki, tədbirin aparıcıları kimi rusiyalı artistləri - Regina Todorenko və Miloş Bikoviçi - azərbaycanlı aktyor və teleaparıcı Murad Dadaşov, eləcə də prodüser və teleaparıcı Hüsniyə Məhərrəmova əvəzləyib.

Xatırladaq ki, “Dream Fest”in təşkilatçısı xalq artisti Emin Ağalarovdur.

Mövzular:
Emin rus aparıcılar dəyişiklik

Digər Xəbərlər