Bərdədə "Prius" YANDI
Bərdədə mink avtomobili yanaraq yararsız hala düşüb.
Ajans.az xəbər verir ki, rayon ərazisində hərəkətdə olan "Toyota" markalı 77 PK 752 dövlət nömrəli nişanlı avtomobil anidən alovlanıb.
Hadisə yerinə FHN-nin Bərdə Yanğından Mühafizə Xidmətinin əməkdaşları gələrək avtomobili söndürüb.
Minik avtomobilinin sürücüsü Amil adlı şəxs rayon ərazisində taksi xidməti kimi fəaliyyət göstərirmiş.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: