Reklam resmi
Reklam resmi

Əhaliyə XƏBƏRDARLIQ: Sabah bu bölgədə QAZ OLMAYACAQ

Əhaliyə XƏBƏRDARLIQ: Sabah bu bölgədə QAZ OLMAYACAQ
Cəmiyyət

İyulun 15-də cənub bölgəsində - Masallı rayonunun 8 kəndində, Lerik rayonunun 16 yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.

Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən məlumat verilib. 

Bu, Masallı rayonu ərazisində yerləşən “Alvadı” qaz paylayıcı stansiyasından qidalanan Təzə Alvadı, Köhnə Alvadı, Meşəkənarı, Böyük Xocavar, Bambaşı, Yeyənkənd, Tatyanoba və Güllütəpə kəndlərini təbii qazla təmin edən orta təzyiqli qaz xəttində aparılacaq kipliyə sınaq işləri ilə əlaqədardır. Sabah eyni zamanda Lerik rayonu ərazisində yerləşən “Lerik” qaz paylayıcı stansiyasında orta təzyiqli yerüstü və yeraltı daşıyıcı qaz kəmərlərində kipliyə dair sınaq işləri aparılacaq. 

"Bununla bağlı sabah saat 10:00-dan işlər başa çatanadək ümumilikdə Masallı rayonunda - 8 kənd üzrə 4 900 abonentin,  Lerik rayonun - 16 yaşayış məntəqəsi üzrə 1 050 abonentin qaz təchizatının müvəqqəti dayandırılması planlaşdırılır", - “Azəriqaz" qeyd edir.

Mövzular:
qaz yoxdu bəzi ərazi Masallı kənd Lerik

Digər Xəbərlər