Reklam resmi
Reklam resmi

Bəzi rayonlarda temperatur 39 dərəcəyə çatıb

Bəzi rayonlarda temperatur 39 dərəcəyə çatıb
Cəmiyyət

Azərbaycanda hazırda bəzi rayonlarda havanın temperaturu 39 dərəcəyə çatıb.

Ajans.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 14-ü saat 16:00-a olan məlumata əsasən, hazırda havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan MR-da 38, Aran rayonlarında 39, dağlıq rayonlarda isə 31 dərəcəyədək isti qeydə alınır.

Ölkə ərazisində müşahidə olunan isti hava şəraitinin iyulun 17-dək davam edəcəyi gözlənilir.

Mövzular:
temperatur Azərbaycan rayon Bakı Abşeron

Digər Xəbərlər