Reklam resmi
Reklam resmi

Turizm sahəsində nəzarət mexanizmləri SƏRTLƏŞMƏLİDİR

Turizm sahəsində nəzarət mexanizmləri SƏRTLƏŞMƏLİDİR
Cəmiyyət

Dövlət Turizm Agentliyindən Ajans.az-a verilən məlumata əsasən, 2015-ci ildən turizm sektorunda sahibkarlıq fəaliyyəti üçün lisenziya tələbi və birbaşa nəzarət mexanizmi yoxdur. Bu da bu sahədə fəaliyyət göstərmək istəyən sahibkarların sayının artmasına səbəb olub. Ajans.az məsələnin qanuni tərəflərini öyrənmək üçün deputat Vüqar Bayramov ilə əlaqə saxlayıb.

Vüqar Bayramov Ajans.az-a bildirib ki, artıq bəzi sahələrdə lisenziya tələbi yoxdur. Lakin bu tələbin olmaması o demək deyil ki, həmin sektorda nəzarət mexanizmləri yoxdur. Müəyyən qədər qaydalar tətbiq edilir. 

Ümumilikdə, sahibkarlıq fəaliyyətində qaydaların sərtləşdirilməsi arzuolunan hesab edilmir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlar üçün xüsusi mexanizmlər tətbiq edilir. Bunlara vergi öhdəliklərinin yerinə yetirilməsi, keyfiyyət, istehlakçı hüquqlarının qorunması ilə bağlı qanunvericilik ciddi şəkildə öhdəlikləri müəyyənləşdirib. 

Deputat qeyd edib ki, bu qaydalar ölkə ərazisində birmənalı şəkildə tətbiq edilir. Burada hansısa boşluğun olmasından söhbət gedə bilməz. Lisenziyanın olmaması boşluqların yaranmasına şərait yaratmır. Lisenziyanın olmadığı xeyli sahələr var ki, orada nəzarət güclüdür. Mövcud qanunvericiliyə əsasən nəzarətin gücləndirilməsi , xüsusilə də turizm sahəsində istehlakçıların hüquqlarının daha yaxından qorunması ilə bağlı fəaliyyətlərinin həyata keçirilməsi olduqca vacibdir. 

Vüqar Bayramovun sözlərinə görə, bu sahədəki boşluqları aradan qaldırmaq üçün mexanizmlərin sərtləşdirilməsi vacibdir. Həmçinin, monitorinqlərin də sürətli və yaxından olması əsas amillərdəndir.

author picture
Zərif Sofiyeva
Mövzular:
Turizm Qanunvericilik Vüqar bayramov Nəzarət mexanizmləri

Digər Xəbərlər