Reklam resmi
Reklam resmi

Vertolyot itkin düşüb

Vertolyot itkin düşüb
Dünya

Rusiyada 10 nəfər ilə birlikdə Mi-8 vertolyotu itkin düşüb.

Ajans.az lenta ru-ya istinadən xəbər verir ki,  Mi-8 vertolyotu Oxotskdan Maqadana gedərkən itkin düşüb. Rusiya nəşrinin verdiyi məlumata görə, hava gəmisində 10 nəfər olub — beş sərnişin, üç ekipaj üzvü və iki texnik.

Mi-8 yerli vaxtla saat 19:00-da təyinat nöqtəsinə çatmalı idi, lakin vertolyotla əlaqə qurulmayıb və Maqadana çatmayıb. Axtarışlar təşkil olunub.

“112”yə görə, itkin düşən vertolyot “APK Vzlyot” şirkətinə məxsusdur.

Bundan əvvəl Yakutiyada itkin düşən AN-2 təyyarəsinin tapıldığı yerə aid video yayılmışdı. Bildirilmişdi ki, 10 iyun tarixində hava gəmisinin ekipajı ilə əlaqə kəsilib.

Əvvəl isə vertolyot Moskva vilayətinin Odintsovsk rayonunda sərt eniş etmişdi. Vertolyotu 60 yaşlı pilot idarə edirdi.

Mövzular:
itkin vertolyot

Digər Xəbərlər