Reklam resmi
Reklam resmi

“Şou-biznesi YARADANLARDANAM”

“Şou-biznesi YARADANLARDANAM”
Şou Biznes

ATV kanalında Zaur Nəbioğlunun “Rəngarəng səhər” verilişində qonaq olan aktyor, rejissor Sərxan Kərəmoğlu aparıcının “Siz özünüzü şou-biznesmen hesab edirsinizmi?” sualına iddialı cavab verib.

Ajans.az xəbər verir ki, aparıcı Zaur Nəbioğlu həmin sualı ilk müğənnilər Vüqar Muradov və Nərmin Kərimbəyovaya ünvanlayıb. Vüqar Muradov həmin suala yox ,   Nərmin Kərimbəyova isə  şou-biznesin içində olduğunu bildirib. 

Lakin sual rejissor Sərxan Kərəmoğluna ünvanlananda o iddialı şəkildə” Mən şou-biznesi yaradanlardanam” cavabını söyləyib. 

Zaur Nəbioğlu  ilk şou xarakterli verilişin Dilarə Əliyevanın aparıcılıq etdiyi “ Çal-çağır” şousu olduğunu desə də, Sərxan Kərəmoğlu ona etiraz edib.

“ Dilarə xanımın verilişi şou-biznesin qollarından biri olub. İlk verilişi mən yaratmışam. “Sözün düzü” adlı proqram ilə ilk dəfə, müğənnilərin üz-üzə dialoquna şərait yaratmışam”. -deyə, o qeyd edib.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Mövzular:
“Rəngarəng səhər” Sərxan Kərəmoğlu

Digər Xəbərlər