Reklam resmi
Reklam resmi

Bu ölkədə "X" platformasına qarşı cinayət işi açılıb

Bu ölkədə \"X\" platformasına qarşı cinayət işi açılıb
Dünya

Fransa prokurorları milyarder Elon Maska məxsus olan "X" şirkətinə qarşı cinayət işi açıb.

Ajans.az xəbər verir ki, buna səbəb sosial şəbəkə platformasının alqoritmlərinin dəyişdirilərək xarici müdaxilələr üçün açıq vəziyyətə gətirilməsidir.

Fransa mətbuatına əsasən, hazırda hüquq-mühafizə orqanları ölkədə X istifadəçilərinə məxsus məxfi məlumatların yad qüvvələr tərəfindən əldə edilib-edilmədiyini araşdırır.

Qeyd edək ki, cari ilin yanvar ayında Fransa daxil olan şikayətlər əsasında X platformasının ölkə qanunlarını pozması ilə əlaqədar olaraq araşdırma aparmışdı.

Mövzular:
Fransa Elon Mask X Cinayət işi

Digər Xəbərlər