Reklam resmi
Reklam resmi

Prezident bu Qanunda Dəyişiklik etdi

Prezident bu Qanunda Dəyişiklik etdi
Siyasət

“Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Ajans.az xəbər verir ki, Prezident İlham Əliyev Qanun qəbul etdi.

Qanunu təqdim edirik:

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

1. 1.0.8-ci və 1.0.9-cu maddələrin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.0.10-cu maddə əlavə edilsin:

“1.0.10. sosial sahəyə aid müəssisələr - sosial xidmət müəssisələri, dövlət reabilitasiya müəssisələri və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum).”.

2. Aşağıdakı məzmunda 3.3-cü maddə əlavə edilsin:

“3.3. Minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normaları müəyyən edilir.”.

 İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 iyun 2025-ci il

Mövzular:
Azərbaycan Prezident Yaşayış minimumu haqqında Qanun

Digər Xəbərlər