Reklam resmi
Reklam resmi

Nazirlik bir sıra obyektləri nəzərdən keçirir

Nazirlik bir sıra obyektləri nəzərdən keçirir
Cəmiyyət

Hazırda Mədəniyyət Nazirliyi tərəfindən tabeliyindəki müəssisələrin fəaliyyət səmərəliliyinin artırılması məqsədilə genişmiqyaslı təhlil və qiymətləndirmə prosesi aparılır.

Ajans.az xəbər verir ki bu çərçivədə mədəniyyət mərkəzləri və klubların fəaliyyəti, onların yerli ictimaiyyətə təqdim etdiyi xidmətlər, mövcud resurslardan istifadə imkanları və əməkdaş heyətinin struktur effektivliyi kimi amillər nəzərdən keçirilir.

Qeyd edilib ki, hazırda heç bir mədəniyyət mərkəzinin və ya klubun fəaliyyətinin rəsmi şəkildə dayandırılması ilə bağlı qərar qəbul edilməyib: "Müvafiq müəssisələr öz fəaliyyətlərini davam etdirir.

Aparılan təhlillər və mümkün struktur dəyişiklikləri ilə bağlı hər hansı qərar qəbul olunacağı təqdirdə bu barədə ictimaiyyətə rəsmi şəkildə məlumat veriləcək".

Mövzular:
Mədəniyyət Nazirliyi Obyektlər

Digər Xəbərlər