Ajans.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“Bu gün mən BMT-nin İnsan Haqları Şurasının xüsusi məruzəçisi Françeska Albaneze Beynəlxalq Cinayət Məhkəməsinin ABŞ və İsrail rəsmiləri, şirkətləri və liderlərinə qarşı hərəkətə keçməsinə dair qeyri-qanuni və biabırçı səylərinə görə sanksiya tətbiq edirəm ”, - deyə Rubio qeyd edib.

Rubio Albanesenin fəaliyyətini iki dövlətə qarşı siyasi və iqtisadi müharibə adlandırıb. Dövlət katibi bildirib ki, Vaşinqton həmişə tərəfdaşlarına özünümüdafiə naminə dəstək verəcək.