Şəmkirdə sürücü AĞIR YARALANDI
Şəmkir rayonunda "Kamaz"ın şini partladı, sürücü ağır xəsarət alıb.
Ajans.az xəbər verir ki, Dəllər-Cırdaxan kənd sakini 2003-cü il təvəllüdlü Etibar Məmmədov idarəetdiyi "Kamaz"ın şinini dəyişərkən anidən partlayış baş verib. Nəticədə 24 yaşlı sürücü üz-gözündən ağır xəsarət alıb. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib və reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda müalicəsi davam etdirilir.
Mövzular: