Çelsi finala yüksəldi
Çelsi, Fluminense-nin arzularına son qoyaraq Dünya Kubokunda finala yüksəldi.
Ajans.az haberglobal-a istinadən xəbər verir ki, 2025 FIFA Klublar Dünya Kubokunun yarım finalında Çelsi, Fluminense-ni 2-0 məğlub edərək turnirdə finala yüksələn ilk komanda oldu. “Mavilər”ə qələbəni gətirən qollar 18-ci və 56-cı dəqiqələrdə yeni transfer Joao Pedro tərəfindən vuruldu.
Çelsidən Joao Pedro, yetişdiyi sabiq komandası Fluminense-ə qarşı vurduğu qollardan sonra sevinmədi. Bu nəticə ilə Çelsi bu il tarixində ilk dəfə təşkil olunan yarışda finala yüksələn ilk tərəf oldu.
Çelsi finalda PSG və Real Madrid arasında qalib gələn komandaya qarşı oynayacaq.
Mövzular: