Natiq Cəfərliyə AĞIR İTKİ
ReAL sədri, iqtisadçı Natiq Cəfərlinin atası Mehman Cəfərov Gürcüstanda müalicə aldığı xəstəxanada vəfat edib.
Ajans.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Natiq Cəfərli özü qeyd edib.
“Atam doğulduğu torpaqda, yurdunda rahatlıq tapmaq istəyirdi, Yaradan istəyini yerinə yetirdi. Allah cəmi yaxınlarımıza rəhmət etsin! Amin!” – o bildirib.
Qeyd edək ki, bir neçə gündür Natiq Cəfərlinin atası xəstəxanada komada idi.
Xatırladaq ki, Natiq Cəfərli Bolnisi rayonunun Babakişilər kəndindəndir.
Mövzular: