Türkiyə MEŞƏLƏRİ YANIR - Bu bölgə...
Balıkesir vilayətinin Kürendere məhəlləsi ərazisində yerləşən meşəlik sahəsində naməlum səbəbdən yanğın başlayıb.
Ajans.az NTV-yə istinadən xəbər verir ki, əraziyə Meşə Təsərrüfatı İdarəsi və Balıkesir Böyükşəhər Bələdiyyəsinin yanğınsöndürmə xidmətlərinə məxsus qüvvələr cəlb olunub.
Yanğının söndürülməsi üçün hazırda ərazidə 4 helikopter, 4 təyyarə, 15 ədəd yanğınsöndürən maşın və Böyükşəhər Bələdiyyəsinə məxsus nəqliyyat vasitələri var.
Mövzular: