Reklam resmi
Reklam resmi

Saxta tur-paket təhlükəsi- QURUMDAN AÇIQLAMA

Saxta tur-paket təhlükəsi- QURUMDAN AÇIQLAMA
Cəmiyyət

Yay aylarının gəlməsi ölkə daxilində və xaricində turist sayını artırır. Əcnəbi və yerli vətəndaşlar dincəlmək üçün müxtəlif tur-paketlərdən yararlanmağa çalışırlar. Lakin bəzi turizm şirkətləri mövsümü nəzərə alaraq saxta paketlər hazırlayırlar. Nəticədə bir çox vətəndaşlara həm mənəvi, həm də maddi ziyan dəyir.

Ajans.az mövzu ilə bağlı Dövlət Turizm Agentliyi ilə əlaqə saxlayıb. Qurumdan saytımıza bildirilib ki, 2015-ci ildən turizm sektorunda sahibkarlıq fəaliyyəti üçün lisenziya tələbi və birbaşa nəzarət mexanizmi mövcud deyil.

Bəzi hallarda turizm şirkəti kimi özünü təqdim edən fiziki və ya hüquqi şəxslərin fəaliyyətində və sosial şəbəkədə paylaşılan reklamlarında istehlakçıları aldatma və yanlış məlumatlandırma kimi pozuntular müşahidə olunur. 

Məlumatda deyilib ki, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda da qeyd olunub ki, reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalıdır.

Vətəndaşlara sosial şəbəkələrdə turizm fəaliyyəti üzrə paylaşılan reklam məlumatlarına daha diqqətlə yanaşmaq, həmçinin hazırda fəaliyyətdə olan, turizm sənayesi barədə dəqiq və etibarlı məlumatların toplandığı Turizm Reyestrindən qeydiyyatdan keçən turizm şirkətlərinə müraciət etmək tövsiyə olunur. 

Dövlət Turizm Agentliyi vətəndaşlara çatdırır ki, dələduzluq halları ilə qarşılaşdıqda istehlakçı hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üzrə müvafiq qurumlara və məhkəməyə müraciət olunsun.

author picture
Zərif Sofiyeva
Mövzular:
Dövlət Turizm Agentliyi Saxta tur-paketlər

Digər Xəbərlər