Reklam resmi
Reklam resmi

BMT: Qlobal sabitsizlik artır

BMT:  Qlobal sabitsizlik artır
Dünya

BMT-nin ticarət agentliyi bildirir ki, yeni ticarət müharibəsi üçün müəyyən edilən son tarix qeyri-sabitliyi uzadır.

Ajans.az reuters-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın tarif dərəcələri üzrə danışıqlar üçün müəyyən etdiyi son tarixi uzatmaq qərarı ölkələr üçün qeyri-müəyyənliyi və sabitsizliyi artırır. Bu barədə BMT-nin Ticarət Agentliyinin icraçı direktoru Pamela Coke-Hamilton çərşənbə axşamı açıqlama verib.

Tramp bazar ertəsi günü 14 ölkəyə — Yaponiyadan və Cənubi Koreyadan tutmuş kiçik ticarət tərəfdaşlarına qədər — 1 avqustdan etibarən onlara qarşı yüksək tariflər tətbiq olunacağını bildirib və ticarət müharibəsini daha da gücləndirib.

"Bu addım əslində qeyri-müəyyənlik dövrünü uzadır, uzunmüddətli investisiya və biznes müqavilələrinə zərər vurur, əlavə qeyri-sabitlik yaradır," — deyə Coke-Hamilton Cenevrədə jurnalistlərə bildirib.

"Əgər bir şirkət ödəyəcəyi xərcləri dəqiq bilmirsə, o zaman plan qura bilməz, kimlərin investisiya edəcəyinə qərar verə bilməz," — o əlavə edib və Lesotoda əsas tekstil ixracatçısı şirkətlərin tarif qərarı çıxana qədər investisiyadan imtina etdiklərini nümunə göstərib.

O, həmçinin bildirib ki, bu qeyri-müəyyənliklə inkişaf yardımlarının ciddi şəkildə azaldılması birlikdə inkişaf etməkdə olan ölkələr üçün "ikiqat zərbə" yaradıb.

Apreldə Trampın başladığı qlobal ticarət müharibəsi maliyyə bazarlarını silkələyib və ölkələrin siyasətçilərini öz iqtisadiyyatlarını qorumaq üçün hərəkətə keçməyə vadar edib. Bu səbəbdən bir çox ölkə ABŞ-la razılaşma əldə etmək üçün təzyiq altındadır.

Mövzular:
bmt tarif donald tramp

Digər Xəbərlər