Rusiyanın casusluq işi mediadan gizlədildi
Rusiya hərbçisinin Ukrayna Silahlı Qüvvələrinə gizli məlumatları satması ilə bağlı məhkəmə prosesi mətbuatdan gizli şəkildə keçirilib.
Ajans.az lenta ru-ya istinadən xəbər verir ki, İkinci Qərb Dairə Hərbi Məhkəməsi, keçmiş Rusiya hərbçisi Ajayevin işi üzrə məhkəmə prosesini mətbuat üçün bağlayıb. Bu barədə RİA Novosti məhkəmənin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Ajayev Ukrayna Silahlı Qüvvələrinə (VSU) 80 dollar müqabilində məxfi məlumatlar satmaqda ittiham olunur.
Ona dövlətə xəyanətə cəhd və düşmən tərəfə keçmə formasında dövlətə xəyanət, fərarilik, terror təşkilatına qoşulmağa cəhd və cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması maddələri ilə ittiham irəli sürülüb. Ajayev özünü günahkar saymır.
Ajayev Çelyabinskdən olan keçmiş müqaviləli əsgər (yefreytor) olub. O, Rusiyaya aid hərbi obyektlər barədə məlumatları Ukraynaya ötürüb və bunun müqabilində iki ödənişlə 80 dollar alıb.
Keçmiş hərbçi Ukrayna ərazisinə keçməyə və ilkin məlumatlara görə “Rusiya Azadlığı” legionuna (RF-də terror təşkilatı kimi tanınıb və qadağan edilib) qoşulmağa cəhd göstərərkən saxlanılıb. Ona ömürlük həbs cəzası verilə bilər.