Şəhid atası olan həkim VƏFAT ETDİ
Ajans.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.
M.Məmmədovun xəstəlikdən dünyasını dəyişdiyi bildirilib.
Mərhum Ağcabədi rayonunda dəfn olunub.
Qeyd edək ki, Məmmədov Məhəmməd Mirzə oğlu 1938-ci ildə Ağcabədi rayonunun Salmanbəyli kəndində anadan olub.
1964 -cü ildə Şamaxı Tibb Məktəbini bitirib. Uzun illər Ağcabədidə həkim kimi çalışıb.
Onun oğlu Əlfi Məmmədov 1993-cü il aprelin 24-də Xocavənd rayonunun Nərgiztəpə ərazisində gedən döyüşlərdə şəhid olub.
Mövzular: