Gəncədə avtomobil piyadanı VURDU
Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az xəbər verir ki, hadisə şəhərin mərkəzində qeydə alınıb.
Hərəkətdə olan “KIA” markalı minik avtomobili yolu keçmək 2004-cü il təvəllüdlü İ.Mehdiyevi vurub.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: