Reklam resmi
Reklam resmi

Tramp və Zelenski birgə silah istehsalını MÜZAKİRƏ EDİBLƏR

Tramp və Zelenski birgə silah istehsalını MÜZAKİRƏ EDİBLƏR
Dünya

ABŞ Prezidenti Donald Tramp və Ukrayna dövlət başçısı Volodimir Zelenski telefon danışığı zamanı müdafiə sənayesi imkanlarını və birgə istehsalı müzakirə ediblər.

Ajans.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti özünün sosial şəbəkə hesabında yazıb.

"Müdafiə sənayesinin imkanları və birgə istehsalla bağlı ətraflı müzakirə apardıq. Biz ABŞ ilə birbaşa layihələrə açığıq və bunun təhlükəsizlik üçün zəruri olduğuna inanırıq", - o bildirib.

Zelenski həmçinin vurğulayıb ki, tərəflər qarşılıqlı satınalmalar və investisiyalar mövzusuna da toxunublar.

“Nəhayət, biz ABŞ, həmçinin digər tərəfdaşlarla diplomatik vəziyyət və birgə iş barədə fikir mübadiləsi apardıq".

Mövzular:
ABŞ Ukrayna danışıqlar silah istehsal müdafiə sənaye

Digər Xəbərlər