Görüşün Xankəndində olması RUSİYAYA CAVABDIR
İyulun 4-ü ilk dəfə bu şəhərdə-Xankəndində İqtisadi Əməkdaşlıq Təşkilatının ( ECO) 17-ci Zirvə görüşü keçirilir. Görüşdə Türk dünyası ölkələrinin və digər ölkələrin ali rəhbər şəxsləri iştirak edir. Ümumilikdə 13 ölkə rəhbərinin iştirak etdiyi zirvə görüşü həm geosiyasi, həm də iqtisadi mesajları dünyaya çatdırır.
Xankəndi görüşünün Azərbaycan və bütün dünya üçün əhəmiyyəti haqqında siyasi şərhçi Əziz Əlibəyli Ajans.az-a məlumat verib.
O bildirib ki, görüşün bir neçə mühüm istiqamətləri var. İqtisadi Əməkdaşlıq təşkilatı tərəfindən baxsaq, hazırki quruluş Soyuq müharibə dövründən meydana çıxan quruluşdur. Toqquşan qlobal güclərin arasında qalan ölkələrin birgə hərəkət sahəsini müəyyən etmək və qlobal güclərə bərabər şəkildə təsir göstərmək imkanına söykənir.
Hələ ötən əsrin 60-cı illərində Pakistan, Türkiyə, İran təşkilatın yaranması üçün ilk addımları atdılar. 1985-ci ildə də İƏT yarandı. Hazırda mərkəz binası İranın Tehran şəhərində yerləşir.
Ekspert qeyd edib ki, artıq sıra Azərbaycan kimi ölkərin dönəmidir. İrana və Rusiyaya da, Ermənistanın dəstəklədiyi qlobal, regional Qərbə qarşı da tutulmaq lazımdır. Bu səbəbdən Azərbaycan, Türkiyə və Pakistan ilə mütəffiqlik üst səviyyədə olmalıdır.
İrana gəldikdə, İsrail ilə olan proseslər İranın bölgəyə münasibətini yeni sferaya daşıyacaq. Bu həm də Azərbaycanla İranı üz-üzə gətirmək istəyən qüvvələrə təsirli cavab olacaq.
Əziz Əlibəyli vurğulayıb ki, görüşün Xankəndində olması son vaxtlar Rusiya ilə olan hadisələrə bir cavabdır. Həm də ölkə başçısının işğaldan azad edilmiş bölgələrdə infrastruktur və sülhü daimi saxlamaqdır.