Yasamal rayonunda yanğın olub
Yasamal rayonunda beş mərtəbəli yaşayış binasında yanğın olub.
Ajans.az xəbər verir ki "112" qaynar xəttinə Bakı şəhəri, Yasamal rayonu Hüseyn Cavid prospektində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Dövlət Yanğından Mühafizə xidmətinin qüvvələri cəlb olunub.Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində beş mərtəbəli binanın üçüncü mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.
Mövzular: