Reklam resmi
Reklam resmi

Ermənistan Rusiya telekanallarının yayımını qadağan etmək niyyətindədir

Ermənistan Rusiya telekanallarının yayımını qadağan etmək niyyətindədir
Dünya

Ermənistanda Rusiya telekanallarının yayımı qadağan oluna bilər.

Ajans.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu haqda Ermənistan parlamentinin spikeri Alen Simonyan açıqlama verib.

Erməni parlamentarinin sözlərinə görə, bu, Rusiya telekanallarında Ermənistandakı hadisələrin işıqlandırılması zamanı yol verilən “ixtilaflı rəylərə” cavab tədbiri ola bilər.

“Hesab edirəm ki, biz Ermənistanda Rusiya telekanallarının yayımının dayandırılması məsələsinin müzakirəsini çox ciddi şəkildə başlatmalıyıq. Bu, erməni-rus münasibətlərinə ziyan vurur”, - deyə Simonyan bildirib.

Simonyanın bildirdiyinə görə, rusiyalı aparıcılar öz verilişlərində vəziyyəti "gərginləşdirirlər" və bununla da respublikanın daxili işlərinə müdaxilə etmiş olurlar, tamaşaçılar isə bundan“səhv” nəticələr çıxarırlar.

Mövzular:
Ermənistan Rusiya Telekanallar

Digər Xəbərlər