Reklam resmi
Reklam resmi

Sabah rayonlara leysan yağacaq

Sabah rayonlara leysan yağacaq
Cəmiyyət

Azərbaycanın rayonlarında iyulun 2-si günün ikinci yarısından həftə sonunadək fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Ajans.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Əsasən dağlıq və dağətəyi rayonlarda yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimal olunur.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından sel keçəcəyi ehtimalı var.

Mövzular:
leysan hava Bakı rayon

Digər Xəbərlər