Reklam resmi
Reklam resmi

Ödənişli yolda maşın aşdı

Ödənişli yolda maşın aşdı
Hadisə

Bakı-Quba Rusiya federasiyası sərhədi ödənişli avtomobil yolunda minik avtomobili aşıb.

Ajans.az xəbər verir ki, Sumqayıt şəhər sakini Əzimə İmanovanın idarə etdiyi "Changan" markalı avtomobil yolun Xaçmaz rayonu ərazisindən keçən hissəsində qəzaya uğrayıb. Sürücünün idarəetməni itirməsi nəticəsində dəmir maneələrə çırpılan maşın aşıb.

Hadisə zamanı avtomobildə tək olan sürücü yüngül xəsarətlər alıb.

Qəza yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub, yolda hərəkətin təhlükəsizliyi təmin edilib.

Faktla bağlı araşdırma aparılır.

Mövzular:
Bakı Quba Maşın Qəza

Digər Xəbərlər