Reklam resmi
Reklam resmi

Tramp Suriyaya qarşı sanksiyaları ləğv etdi

Tramp Suriyaya qarşı sanksiyaları ləğv etdi
Dünya

ABŞ prezidenti Donal Tramp Suriyaya qarşı qüvvədə olan sanksiyaların ləğv olunması haqda fərman imzalayıb.

Ajans.az bu barədə ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.

Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlərə açıqlamasında bildirib ki, amerikalı liderin bu addımı ölkənin sabitliyə və sülhə aparan yolunun təşviqinə və dəstəklənməsinə hədəflənib.

Qeyd edək ki, ötən ay Ağ Ev rəhbəri Suriyanın lideri Əhməd əş-Şəraa ilə görüşü zamanı ölkəyə qarşı sanksiyaların ləğv olunacağını elan etmişdi. Bunun üçün Tramp yeni Suriya rəhbərliyinin qarşısına bir sıra şərtlər qoymuşdu. Həmin şərtlərə Suriyanın qonşuları, o cümlədən İsraillə münasibətləri normallaşdırması daxil idi.

Mövzular:
Tramp Suriya

Digər Xəbərlər