Reklam resmi
Reklam resmi

"Hadisə yalnız hüquqi yox, insani faciədir" - Deputat

\"Hadisə yalnız hüquqi yox, insani faciədir\" - Deputat
Gündəm

Ötən gün Rusiyanın Yekaterinburq şəhərində OMON dəstəsi tərəfindən amansızlıqla döyülüb öldürülən azərbaycanlılar ilə bağlı məhkəmə prosesinə start verilib. Ən azı 8 döyülən vətəndaşdan 4-nün vəziyyəti ağırdır. Ziyəddin və Hüseyn Səfərov qardaşları isə dünyasını dəyişib.

Azərbaycanıın məsələ bağlı mövqeyinə aydınlıq gətirən deputat Arzu Nağıyev Ajans.az-a bildirib ki, Rusiyada baş vermiş hadisə Azərbaycan vətəndaşları və ümumi miqrantlara qarşı baş vermiş ciddi hadisə hesab olunur. 

O deyib ki, hüquq-mühafizə orqanlarının apardığı əməliyyat-axtarış fəaliyyəti, eyni zamanda İstintaq komitəsinin apardığı işlər öz səlahiyyətlərinə uyğun olmadan görülüb. Bu məsələ ciddi və dəqiq araşdırma tələb edir. Əgər cinayət işi qalxıbsa və bir sıra məsələlər qaldırılıbsa birmənalı şəkildə( burada ölüm faktı da varsa) həmin qurumlar öz cavablarını verməlidirlər. 

Arzu Nağıyevın sözlərinə görə, son vaxtlar miqrantlar ilə bağlı Rusiyanın qəbul etdiyi qərarlar miqrasiya prosesinə müxtəlif yanaşmalardır. Təəssüf ki, bu ilk hal deyil. Azərbaycan XİN-nin verdiyi bəyanat yüksək səviyyədə Rusiyaya çatdırılıb. Baxmayaraq ki, Mariya Zaxarova məsələ ilə bağlı öz açıqlamasını verib. 

Lakin Azərbaycan XİN-ə cavabı Rusiya tərəfi ciddi və yüksək şəkildə verməlidir. Bu məsələlər təkcə miqrantlar ilə bağlı deyil, digər məsələlərə də ciddi xələl gətirə bilər. Azərbaycan xalqı daim qonşuluq siyasətinə uyğun olaraq ölkədə yaşayan rus icmasına ən yüksək münasibəti bəsləyib. 

“Qarşı tərəf də bunları nəzərə almalıdır. İstər Rusiya XİN səviyyəsində, İstintaq komitəsi və digər məsələlərdə də onlar ciddi araşdırmalar aparıb Azərbaycan tərəfinə cavabı verməlidir”.-deyə, deputat qeyd edib.

author picture
Zərif Sofiyeva
Mövzular:
OMON Qətl Rusiya Azərbaycan Açıqlama

Digər Xəbərlər