İsrail yeni hədəfi Livana ZƏRBƏLƏR ENDİRDİ
İsrail hərbçiləri Livana yeni hücum həyata keçirib.
Ajans.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, ordunun məqsədi Hizbullah silahlı qruplaşmasının üzvü Məhəmməd Hammudini məhv etmək olub.
Zərbə Livanın cənubundakı Kunin kəndinin kənarında həyata keçirilib.
Verilən məlumata görə, əməliyyat uğurlu alınıb, "Hizbullah" təşkilatının Bint Cəbbeyl bölgəsindəki bölmələrindən birinə komandanlıq edən Həsən Məhəmməd Hammudi zərərsizləşdirilib.
Mövzular: