Reklam resmi
Reklam resmi

Seçki öncəsi ciddi AJİOTAJ: Səsvermə qutuları yandırıldı! - VİDEO

Seçki öncəsi ciddi AJİOTAJ: Səsvermə qutuları yandırıldı! - VİDEO
Dünya

Vaşinqton və Oreqon ştatlarında prezident seçkiləri öncəsi səsvermə qutularına edilən hücumlarda çoxlu səsvermə zərfləri zərər görüb və yanıb.

Ajans.az xəbər verir ki, FTB hücumların tək bir şəxs tərəfindən həyata keçirildiyini düşünür. Vankuverdə yüzlərlə, Portlenddə isə üç səs zədələnsə də, hadisələrlə əlaqəli bir avtomobil axtarılır. Portlend son illərdə artan cinayət nisbətləri və polis əleyhinə etirazlarla gündəmdədir.

Portlenddə keçirilən mətbuat konfransında səlahiyyətlilər bazar ertəsi baş verən iki yanğının əlaqəli olduğunu açıqlayıb. Bu hücumların oktyabrın 8-də Vankuverdə seçki qutusuna edilən hücumla bağlı ola biləcəyi də bildirilib. Təhlükəsizlik kamera görüntülərində “Volvo” markalı avtomobilin Portlenddə səsvermə qutusunun yanında dayanması əks olunub.

author picture
Ajans_az Muxbir
Mövzular:
Yanğın Qutu Seçki ABŞ

Digər Xəbərlər