Neftçidən YENİ TRANSFER
“Neftçi” növbəti transferini rəsmiləşdirib, paraqvaylı futbolçunu transfer edib.
Ajans.az xəbər verir ki, bu paradə komanda öz sosial media profilində paylaşım edib.
Paraqvaylı sol cinah yarımmüdafiəçisi Luis Ortis artıq “Neftçi” ailəsinin üzvüdür.
25 yaşlı futbolçu 1 il müddətinə icarəyə götürülüb.
Bunadək yalnız vətənində çıxış etmiş Ortisin məxsus olduğu klub “Sportivo Ameliano”dur. O, bu ilin əvvəllərindən meydana çıxdığı 22 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
Mövzular: