Kreml Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunun nə vaxt keçiriləcəyinə aydınlıq gətirib
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov İstanbulda Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunun nə vaxt keçiriləcəyinə aydınlıq gətirib.
Ajans.az APA-ya istinadən xəbər verir ki, Kremlin sözçüsü İstanbulda Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunun tarixinin əsirlərin mübadiləsi başa çatdıqdan sonra müəyyənləşəcəyini söyləyib.Qeyd edək ki, Moskva ilə Kiyev arasında İstanbul danışıqlarının birinci raundu bu ilin may 16-da, ikinci raundu isə iyunun 2-də baş tutub.
Mövzular: