Ukraynada nəzarət İTİRİLDİ - TRAMP
ABŞ prezidenti Donald Tramp Şimali Atlantika Alyansının liderləri ilə qapalı görüşü zamanı Ukraynada vəziyyətin nəzarətdən çıxması və buna görə də aktiv tədbirlər görülməli olduğu fikrini bildirib.
Ajans.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
“Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşə açıq-aşkar həvəs göstərməməsinə baxmayaraq, Tramp qapalı görüşdə alyans liderlərinə deyib ki, Ukrayna ilə bağlı nəsə etmək lazımdır, çünki vəziyyət “tamamilə nəzarətdən çıxıb””, - deyə anonimlik şərti ilə mənbə bildirib.
O, Ağ Ev rəhbərinin “aktiv hərəkətlər” dedikdə nəyi nəzərdə tutduğunu açıqlamayıb, lakin Amerika liderinin sözlərini “ABŞ-nin Ukraynadakı münaqişənin həllində daha fəal iştiraka hazır olmasının müsbət əlaməti” kimi qiymətləndirib.
Daha əvvəl Tramp Zelenskinin “özünü tapmamalı olduğu” son dərəcə çətin vəziyyətdə olduğunu söyləyib.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: