ISNA agentliyi belə xəbər verir ki, bu partlayış barədə Gilan əyalətinin qubernatorunun müavini məlumat verib.

Qubernatorun sözlərinə görə, hücum hava hücumundan müdafiə qüvvələri sayəsində uğurla dəf olunub, bütün pilotsuz təyyarələr məhv edilib. Lakin dronların haradan göndərildiyi açıqlanmır. 

Digər məlumatlara görə, Tehran, Əsədabad, Həmədan və Çitqarda da bir neçə partlayış səsi eşidilib.

Hava hücumundan müdafiə sistemləri Məşhəd, Şəhr-e-Ray və Kamalşəhrdə də işə salınıb .

Tehranda güclü partlayışları əks etdirən görüntülər artıq mediada yayılıb. Hələlik heç bir rəsmi açıqlama verilməyib.

İran rəsmiləri partlayışlar barədə yayılan xəbərləri şərh etməyiblər.

Bir neçə PUA-nın hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyi qeyd olunur.

Lakin dronların haradan göndərildiyi açıqlanmır.