Reklam resmi
Reklam resmi

Gürcüstanın iqtisadiyyat naziri istefa verib

Gürcüstanın iqtisadiyyat naziri istefa verib
Dünya

Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili istefa verib.

Ajans.az APA-ya istinadən xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze keçirdiyi brifinqdə bildirib.

Kobaxidze Davitaşvilinin baş nazirin iqtisadi məsələlər üzrə müşaviri, iqtisadi şuranın katibi vəzifəsini tutacağını qeyd edib.

Xatırladaq ki, bir neçə gün öncə iqtisadiyyat nazirinin sabiq müavini Romeo Mikautadze külli miqdarda qanunsuz vəsait əldə edilməsi və qanunsuz vəsaitlərin leqallaşdırılması ittihamı ilə həbs edilib.

Mövzular:
Levan Davitaşvili Gürcüstan

Digər Xəbərlər