Reklam resmi
Reklam resmi

117 nəfər saxlanıldı - ƏMƏLİYYAT

117 nəfər saxlanıldı - ƏMƏLİYYAT
Cəmiyyət
1523

İyunun 23-də ölkə ərazisində qeydə alınan 29, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Ajans.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 117, o cümlədən borclu şəxs qismində axtarışda olan 87 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

Mövzular:
polis əməliyyat saxlanılma DİN

Digər Xəbərlər