Ağ Ev İrana XƏBƏRDARLIQ ETDİ
Ağ Evin mətbuat katibi Caroline Levitt bildirib ki, X -də Ağ Evin Çevik Cavab səhifəsində ABŞ prezidenti Donald Trampın administrasiyası Hörmüz boğazındakı vəziyyəti diqqətlə izləyir və İranı tələsik addımlar atması barədə xəbərdarlıq edir.
Ajans.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Sizi əmin edə bilərəm ki, administrasiya Hörmüz boğazındakı vəziyyəti fəal və yaxından izləyir və İran rejiminin belə bir qərar qəbul etməsi axmaqlıq olardı”, - o deyib.
Bundan əvvəl İran ABŞ-nin Tehrandakı nüvə obyektlərinə zərbələr endirməsinə cavab olaraq Hörmüz boğazından tankerlərin daşınmasına mümkün qadağadan danışıb. Daha sonra respublika parlamenti boğazın bağlanmasına səs verib.
İyunun 22-də ABŞ İranın üç nüvə obyektinə hücum edib. "Biz İrandakı üç nüvə obyektinə - Fordo, Natanz və İsfahana çox uğurlu hücumumuzu başa çatdırdıq ", - Amerika lideri bildirib.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: