Dəməşq kilsəsində törədilən terror aktı ilə bağlı yeni təfərrüatlar ORTAYA ÇIXDI
Ötən gün Dəməşqdə baş verən terror aktı nəticəsində ölənlərin sayı 25-ə çatıb, 60-dan çox vətəndaş yaralanıb.
Ajans.az xəbər verir ki, bu barədə bazar ertəsi, iyunun 23-də Suriya Səhiyyə Nazirliyinin nümayəndələri məlumat veriblər.
"Dəməşqin Duveyla bölgəsindəki Müqəddəs İlyas kilsəsində törədilən terror aktı nəticəsində ölənlərin sayı 25-ə çatıb, 63 nəfər yaralanıb", - SANA agentliyi departamentdən sitat gətirir.
Xatırladaq ki, terror aktı bazar günü, iyunun 22-də Dəməşqin Duveyla bölgəsində yerləşən xristian kilsəsinin binasında baş verib. KİV-in məlumatına görə, partlayıcı qurğu kamikadze tərəfindən işə salınıb. Lakin işə başlamazdan əvvəl o, kilsənin üzvlərinə atəş açıb.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: