Reklam resmi
Reklam resmi

Dünyanın cavab axtardığı "Fordo" SİRRİ

Dünyanın cavab axtardığı \"Fordo\" SİRRİ
Dünya

ABŞ-nin İranın Fordo, Natanz və İsfahan şəhərlərindəki nüvə obyektlərinə hücumundan iki gün əvvəl Fordo obyektindən uranın başqa yerə köçürüldüyü peyk görüntüləri ilə üzə çıxıb.

Ajans.az xəbər verir ki, ABŞ rəsmiləri hücum edilən Fordo obyektindəki 400 kq 60% zənginləşdirilmiş uranın harada olduğunu bilmədiklərini açıqlayıb. Bu miqdarın təxminən 10 nüvə bombası hazırlamaq üçün yetərli olduğu bildirilir.

İsrailin baş naziri Benyamin Netanyahu isə uranın yerinə dair “maraqlı kəşfiyyata” sahib olduqlarını deyib, lakin təfərrüat verməyib. İran mənbələri uranın daşınmasını təsdiqləsə də, hara aparıldığı açıqlanmayıb.

Peyk görüntülərində Fordo obyektindən çıxan uzun konvoyun uranın daşınmasına aid olduğu ehtimal edilir. Hadisə beynəlxalq aləmdə ciddi suallar doğurub.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
ABŞ İran Fordo Natanz İsfahan Nüvə Görüntülər

Digər Xəbərlər