Reklam resmi
Reklam resmi

Xamneyinin SƏSSİZLİYİ: Bunkerin dərinliyində gələcək MÜHARİBƏNİN PLANI

Xamneyinin SƏSSİZLİYİ: Bunkerin dərinliyində gələcək MÜHARİBƏNİN PLANI
Dünya

ABŞ-nin İranın Fordo, Natanz və İsfahandakı üç nüvə obyektinə hava zərbələri endirməsindən sonra bölgədə gərginlik pik həddə çatıb.

Ajans.az xəbər verir ki, ABŞ rəsmiləri hücumlarda B-2 bombardmançılarının iştirak etdiyini və “uğurlu nəticə” əldə olunduğunu bildiriblər. 

Prezident Donald Tramp bildirib:

“Fordo obyektinə tam miqyaslı bomba atdıq”.

İran lideri Ayətullah Xameneinin müşaviri Əli Şamxani bildirib ki, ABŞ-nin hücumlarında istifadə olunan hərbi bazalar artıq “qanuni hədəf” hesab olunur. İran İnqilab Keşikçiləri isə bəyan edib ki, Vaşinqton dinc obyektləri hədəfə alaraq özünü təcavüzkar tərəf kimi təqdim edir.

Britaniya mediası bildirir ki, İranın cavabı məhdud ola bilər. Lakin bölgədə ABŞ bazalarının ballistik raketlərin əhatə dairəsində olduğu vurğulanır. “Daily Telegraph” yazır ki, İraq və Suriyadakı ABŞ bazaları ilk hədəflər arasında yer alır. İranın dəstəklədiyi qruplar — Hizbullah, Həmas, İraq şiə milisləri və Yəmən husiləri — aktivləşə bilər.

The New York Times xəbər verir ki, İranın cavabı Ayətullah Xameneinin edəcəyi çıxışla bəlli olacaq. Lakin onun hazırda bunkerdə olduğu və əlaqə vasitələrinin məhdudlaşdırıldığı bildirilir.

İyunun 13-də İsrail İranın bir sıra nüvə obyektlərinə və hərbi liderlərinə qarşı hücumlar təşkil edib. Hücumlarda İranın yüksək rütbəli zabitləri və 9 nüvə alimi həlak olub. İran Səhiyyə Nazirliyi mülki ölənlərin sayını 430, yaralıları isə 3500-dən çox olaraq açıqlayıb. İyunun 22-də ABŞ da İrana hücumlara qoşularaq üç nüvə obyektini bunker bombaları ilə vurub.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
ABŞ Nüvə İran Gərginlik

Digər Xəbərlər