Reklam resmi
Reklam resmi

Putin Araqçını qəbul etdi

Putin Araqçını qəbul etdi
Dünya

Rusiya Prezidenti Vladimir Putin Kremldə İranın xarici işlər naziri Abbas Araqçını qəbul edib.

Ajans.az xəbər verir ki, bu barədə TASS Kremlin Mətbuat xidmətinə istinadən məlumat yayıb.

Görüşün iyunun 13-dən İsrailin İrana endirdiyi zərbələrdən sonra Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda keçirildiyi bildirilib.

Qeyd edək ki, Rusiya Prezidenti ilə İranın xarici işlər naziri arasında sonuncu görüş aprelin 17-də baş tutmuşdu. Tərəflər digər məsələlərlə yanaşı, ikitərəfli münasibətlərin inkişafı, regional əməkdaşlıq və beynəlxalq arenada qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etmişdilər.

Mövzular:
Putin Araqçı qəbul

Digər Xəbərlər