Reklam resmi
Reklam resmi

İran danışıqlara tam HAZIRDIR

İran danışıqlara tam HAZIRDIR
Gündəm

İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi bildirib ki, İran diplomatik yollarla nüvə sazişini və onun ətrafında yaranan mübahisələri müzakirə etməyə "tamamilə" hazırdır, lakin bu, İsrailin təcavüzünə son qoyulmasını tələb edir,

Ajans.az xəbər verir ki, bu barədə "Anadolu" yazıb.

“Diplomatiya keçmişdə işləyib və gələcəkdə münaqişənin həlli yolu ola bilər. Lakin İsrail təcavüzü dayandırılmalıdır ki, biz danışıqlara qayıda bilək. Biz 2015-ci ildə olduğu kimi mübahisələri diplomatiya yolu ilə həll etməyə tamamilə hazırıq”, - nazir bildirib.

Əraqçi qeyd edib ki, İsrail “açıq şəkildə diplomatiyaya qarşıdır” və bu vəziyyətin sülh yolu ilə həllini son dərəcə çətinləşdirir.

İyunun 19-da məlum olub ki, Əraqçı İsraillə münaqişə başlayandan bəri ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffla bir neçə dəfə birbaşa telefon danışığı aparıb. Mənbələrin məlumatına görə, diplomat bildirib ki, İsrail hücumlarını dayandırmayınca Tehran danışıqlara qayıtmayacaq. 

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
İran Danışıqlar Xin

Digər Xəbərlər