Reklam resmi
Reklam resmi

"İrana 2 həftə vaxt verirəm" - Tramp

\"İrana 2 həftə vaxt verirəm\" - Tramp
Dünya

ABŞ Prezidenti Donald Tramp İran-İsrail münaqişəsi ilə bağlı açıqlama verərək, "İranla danışacağıq və bundan sonra nə olacağını görəcəyik" deyib.

Ajans.az xəbər verir ki, Tramp həmçinin İrana qarşı mümkün müdaxilə üçün maksimum iki həftə vaxt verdiyini bildirib.

O, İranla danışıqların davam etdiyini, lakin Tehranın Avropa ilə əməkdaşlıqdan imtina etdiyini vurğulayıb. Tramp, "İranın yaxın həftə və ya aylar ərzində nüvə silahına sahib olacağı ehtimalı var", – deyə əlavə edib.

ABŞ Prezidenti mümkün quru əməliyyatlarını istisna edərək, "Son istədiyimiz şey quru qoşunlarıdır" deyib. O, həmçinin ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbardın İranla bağlı bəyanatını tənqid edib.

Paralel olaraq, Cenevrədə İran, Almaniya, Fransa və İngiltərənin XİN rəhbərləri arasında görüş keçirilib. İranın xarici işlər naziri Abbas Əraqçi “İranın cavabı başa çatdıqdan sonra diplomatiyaya yenidən baxmağa hazırıq”, - deyə, bildirib.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Tramp İsrail İran Açıqlama

Digər Xəbərlər