Reklam resmi
Reklam resmi

Bu küçədə hərəkət tam məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!

Bu küçədə hərəkət tam məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!
Cəmiyyət

"21 iyun saat 08:00-dan 22 iyun saat 22:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, sözügedən küçənin Azadlıq prospekti ilə kəsişməsindən Ceyhun Hacıbəyli küçəsinin kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq".

Bu barədə Ajans.az-a  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. 

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - məlumatda qeyd olunub. 

Mövzular:
küçə hərəkət hərəkət məhdudlaşdırılacaq Bakı

Digər Xəbərlər