Reklam resmi
Reklam resmi

DİN-dən Bakıda keçirilən UFC turniri ilə bağlı AÇIQLAMA

DİN-dən Bakıda keçirilən UFC turniri ilə bağlı AÇIQLAMA
Cəmiyyət

İyunun 20-21 tarixlərində Bakıda keçirilən “Qaydasız döyüş” (UFC) turnirində təhlükəsizlik polis əməkdaşları tərəfindən təmin olunur. Tədbirin keçirildiyi arenaya gələn azarkeşlər—iştirakçılar yoxlanılmaqla qadağan olunan əşyaların keçirilməsinə icazə verilmir.

DİN-in Mətbuat Xidmətindən Ajans.az-a bildirilib ki, qadağan olunmuş əşyaların siyahısı barədə tədbirin keçiriləcəyi məkanda məlumat lövhələri quraşdırılıb. 

Turnir zamanı şüşə və metal qablar, kəsici-deşici alətlər, dəyənəklər, fişənglər və partlayıcı maddələr, səsgücləndirici qurğular arenaya buraxılmır.

Turnirin təhlükəsiz və uğurlu keçirilməsi üçün zəruri tədbirlər diqqətdə saxlanılır.

Mövzular:
DİN Bakı UFC turniri açıqlama

Digər Xəbərlər