SEPAH İsrailə strateji zərbələr ENDİRDİ
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, Silahlı Qüvvələrin elit bölmələri) İsrailə strateji raketlər və pilotsuz uçuş aparatları ilə birgə zərbə endirdiyini bildirib.
Ajans.az xəbər verir ki, İran ordusundan verilən açıqlamaya görə, İsrail ordusunun komandanlıq və kəşfiyyat mərkəzinə hücum edilib.
"Doğru vəd 3” əməliyyatının on dördüncü mərhələsi kamikadze pilotsuz uçan aparatlar və strateji raketlərin birgə zərbəsi ilə başladı. Bu əməliyyat zamanı İsrail rejiminin xəstəxananın yaxınlığında yerləşən ordu komandanlığı və kəşfiyyat mərkəzi dəqiq hücuma məruz qalıb”, - IRGC-nin bəyanatında deyilir.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: