ABŞ-dən sonra daha bir super güc müharibəyə qoşulur: İrana hərbi texnika göndərildi
İran-İsrail müharibəsi getdikcə daha da genişlənir.
Ajans.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ İsraili açıq şəkildə dəstəklədiyi halda, İranın müttəfiqi Çindən yeni açıqlama gəldi. Çin bəyan edib ki, "İsrail-İran münaqişəsinin gərginləşməsini seyr etməyəcəyik"
ABŞ-nin ən böyük geosiyasi rəqibi və İrandan ən çox neft alan ölkə olan Çin İsrail ilə müharibə haqqında çox tənqidi açıqlama verdi. Billdirilib ki, İsrail-İran münaqişəsi kəskinləşdiyi üçün səssiz qala bilməzlər. Digər tərəfdən Çin bu yaxınlarda müharibə başlayandan sonra İrana 3 yük təyyarəsi göndərdi. Yük təyyarələrinin hərbi texnika daşıdığı güman edilir. Digər tərəfdən Çin, ABŞ prezidenti Donald Trampİran lideri Əli Xamenei“Hələlik bunu aradan qaldırmayacaqlar” bəyanatına və İrana qeyd-şərtsiz təslim olmaq çağırışına qarşı o, administrasiyanı İsrail üzərində xüsusi təsiri olan bir ölkə kimi məsuliyyətli davranmağa çağırıb. Çinli Xarici İşlər Nazirliyi Sözçüsü Quo Ciakun Pekin-də keçirilən mətbuat konfransında, Trampın Truth Social sosial media platformasında paylaşdığı mesajla bağlı sualı cavablandırıb.
Sözçü Quo bildirib ki, Çin İran və İsrail arasında davam edən gərginlikdən çox narahatdır. Guo,Yaxın Şərq və İsraildə gərginliyin daha da artmasının heç kimin marağında olmadığını bildirib. O, "İsrail üzərində xüsusi təsiri olan ölkə ədalətli və obyektiv mövqe tutmalı və məsuliyyətli davranmalı, gərginliyin azaldılması və münaqişənin yayılmasının qarşısının alınması üçün müsbət və konstruktiv rol oynamalıdır" dedi.
ABŞ prezidenti Tramp “Truth Social” hesabındakı paylaşımında İran lideri Xamneyi ilə bağlı bunları deyib: "Onun harada gizləndiyini dəqiq bilirik. O, asan hədəfdir, amma orada təhlükəsizdir. Biz onu yox etməyəcəyik, heç olmasa hələ yox".Tramp daha sonra İranı nəzərdə tutaraq etdiyi paylaşımda “Qeyd-şərtsiz təslim” ifadəsini əlavə edib.
Çin isə İsrailin İrana hücumları nəticəsində təhlükəsizlik vəziyyətinin pisləşməsi və İranın cavab tədbirləri ilə gərginliyin artması səbəbindən İran və İsraildəki vətəndaşlarını təxliyə etdiyini açıqlayıb. Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun Pekində keçirdiyi mətbuat konfransında bildirib. O, İrandakı səfirlik və konsulluqlarının qonşu ölkələrin köməyi ilə İrandakı 791 Çin vətəndaşını təhlükəsiz bölgələrə köçürdüyünü bildirib.